Ruslan Abışov: Bu, baş məşqçinin fikridir, kənardan elə görünə bilər - MÜSAHİBƏ
08.11.2010 - 11:25
Azərbaycan yığmasının və “Neftçi” klubunun futbolçusu Ruslan Abışovun apasport.az saytına müsahibəsi
- Əvvəlcə ölkə çempionatının XII turunda “İnter”lə keçirilmiş oyun barədə danışardınız.
- Meydanın ot örtüyü çox pis vəziyyətdə idi. Bu cür meydanda oynamaq olduqca çətindir. Yəqin ki bunu matçı izləyənlər də görürdülər. “İnter” bizimlə görüşə xüsusi hazırlaşmışdı. Onların seçdiyi taktika da bunu sübut edirdi. Rəqib bizi əks hücumlarda yaxalamağa çalışırdı. Özləri də yaxşı müdafiə olunurdular. Hücum xəttimizin güclü olduğunu bilirdilər. Oyunun ədalətli nəticəsi elə heç-heçə idi.
- Sizcə, bu qarşılaşmada 2 xalı kim itirdi: “İnter”, yoxsa “Neftçi”?
- Yenə deyirəm, oyunun ədalətli nəticəsi heç-heçə idi. Birinci hissədə “İnter” yaxşı oynadı, fasilədən sonra üstünlük bizim tərəfimizdə oldu. Xüsusilə, son yarım saatda daha yaxşı oynadıq.
- Baş məşqçiniz Arif Əsədov oyunsonrası mətbuat konfransında qol zamanı müdafiəçilərin kobud səhvə yol verdiyini deyib. Oyunun heç-heçə başa çatmasında müdafiəçilərin nə dərəcədə rolu var?
- Bu, baş məşqçinin fikridir, kənardan elə görünə bilər. Buraxılan qola görə, yalnız müdafiəçiləri günahlandırmaq olmaz. Komanda udanda hər şey yaxşı olur, uduzanda futbolçuları günahlandırmaq düzgün deyil. Baş məşqçinin fikrinə hörmətlə yanaşırıq. Müdafiəçilər əksər görüşlərdə yaxşı oynayıblar. Az top buraxmağımız da bunun göstəricisidir.
- “Neftçi” heç-heçə oynadığı turda ən yaxın izləyiciniz olan “Xəzər Lənkəran” uduzur. Hər halda, bu sizi sevindirməyə bilməz?
- Açığı meydana çıxanda rəqiblərimiz haqda düşünmürük. Öz oyunumuzu oynamağa çalışırıq. Məqsədimiz xal fərqini artırmaqdır.
- Maraqlıdır ki, “Xəzər Lənkəran”ın cari mövsümdə məğlub olduğu turlarda “Neftçi” də xallar itirir. Bu, sırf təsadüfdür, yoxsa?
- Ancaq təsadüf ola bilər. Komandamızın arxayınlaşmasına inanmıram. Əksinə, bundan istifadə etməyə çalışmalıyıq. Görünür, qismət belə imiş.
- I dövrə başa çatdıqdan sonra rəhbərlik səviyyəsində toplantı keçirilməsindən xəbərimiz var. Rəhbərlik arxada qalan dövrənin yekunlarından razıdırmı?
- Komanda turnir cədvəlinə başçılıq edirsə, hər şey yaxşıdır. Əsas olan, finişə birinci çatmağımızdır.
- Növbəti turda “Muğan”la qarşılaşacaqsınız. Bu oyun haqda nə deyə bilərsiniz?
- Səfərdə oynayacağıq, çətin olacaq. Ümumiyyətlə, asan oyun yoxdur. “Turan”la oyun bunu sübut etdi. Çünki Tovuzda hamı asan qələbə qazanacağımız düşünürdü.
- “Muğan” doğma meydanda yaxşı təsir bağışlayır. İddialılardan “Bakı”nı məğlub edib, “İnter” və “Qarabağ”la heç-heçə edib. Bu nəticələri “Neftçi” üçün bir siqnal hesab etmək olarmı?
- Salyan təmsilçisi ötən mövsüm bizdən 4 xal aldı. Bakıda məğlub edib, öz meydanlarında heç-heçə oynadılar. Asan qalib gəlinəcək rəqib deyil.
- Lakin turnir cədvəlinə diqqət yetirərkən, rəqibin aşağı pillələrdə qərarlaşması müəyyən qədər arxayınçılıq yarada bilər.
- Əlbəttə, oyuna köklənmə baxımından, bunun təsiri var. Amma peşəkar futbolçu rəqibi zəif və ya güclü deyə dəyərləndirməməlidir.
- Fiziki hazırlıq üzrə italiyalı məşqçiniz Covanni Melkiorre “Qalatasaray”a getdi. Onun komandadan ayrılmasının futbolçulara təsiri varmı?
- Covanni həm yaxşı mütəxəssis, həm də yaxşı insandır. Onun bizimlə işləməsi “Neftçi” üçün tapıntı idi. Sadəcə, bu gün çıxıb gedibsə, təəssüflənməyə dəyməz.
- Melkiorre “Neftçi”dən yaxşı tanıdığı hansısa futbolçunun Türkiyə klublarından birinə keçməsində rolu ola bilərmi?
- Bu, sirr kimi qalsın. Həm də çox şeyləri bilmirəm.
- Qarşıdan həm də yığmanın oyunu gəlir. Bu gündən etibarən təlim-məşq toplanışına yığışmısınız. Oyuna hazırlaşmaq üçün bu qədər hazırlıq keçmək kifayət edəcəkmi?
- Təqvim elə salınıb ki, müəyyən qədər çətinlik var. Ancaq biz də istərdik ki, toplanışlar uzunmüddətli olsun. Bu uyğunlaşma baxımından daha yaxşı olardı. İstənilən halda, meydana qələbə qazanmaq üçün çıxacağıq.
- Çernoqoriyanın öz qrupunda lider olması, futbolçulara necə təsir göstərir?
- Güclü komandalarla oynamaq bizim xeyrimizədir. Bu gün Çernoqoriyanın qrupunda lider olması, oyuna köklənməyimizə daha da yaxşı təsir göstərəcək.

0
0