“Şahdağ”ın baş məşqçisinə ağır cəza
09.11.2010 - 13:21
“Şahdağ”ın baş məşqçisinə ağır cəza
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, “Gəncə” Unibank Premyer Liqasının son turunda “Bakı” ilə ev oyununun 75-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün 2000 manat cərimələnib. “İnter” “Neftçi” ilə səfər oyununda 6 futbolçusu sarı vərəqə aldığı üçün 1000 manat cərimə ödəməli olacaq.
Premyer Liqa ilə yanaşı, əvəzedicilərin və I divizionun da müzakirə olunduğu iclasda ən ağır cəzaya “Şahdağ”ın baş məşqçisi Kamran Əlibabayev məruz qalıb. I divizion təmsilçisi olan Qusar klubunun çalışdırıcı “Sumqayıt” ilə ev oyununda hakimi təhqir etdiyi üçün 5 oyunluq cəzalanıb, klubuna 500 manat cərimə kəsilib.