Lənkəranlı futbolçu Premyer Liqadan kənarlaşdırılır - FOTO
09.11.2010 - 13:29
Lənkəranlı futbolçu Premyer Liqadan kənarlaşdırılır -  FOTO
Rusiyanın “Saturn” klubu peşəkar statusunu itirmək təhlükəsi ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Moskva ətrafını təmsil edən komandanın Premyer Liqadan çıxarılması məsələsi gündəmə gəlib. Klubun taleyi noyabrın 11-də rəhbərliyin Moskva vilayətinin qubernatoru Boris Qromovla görüşündə həll olunacaq. Orada klubun yenidən təşkili, I divizionda oynayan “Ximki” klubu ilə birləşdirilməsinə, yaxud peşəkar statusunun əlindən alınmasına qərar veriləcək.
“Saturn”un baş direktoru İqor Yefremov məsələ ilə bağlı şərh verməkdən imtina edib. O, bunu yalnız Qromovla görüşdən sonra edə biləcəyini bildirib. Rəhbərliyin hələ 2008-ci ilin dekabrında klubun yenidən qurulması, “Ximki” ilə birləşməsi ideyası yaranıb. Ötən ayda isə “Saturn”da maliyyə problemi olub. 1999-cu ildən Premyer Liqada oynayan komandanın ən yaxşı göstərici 3 il öncə Hacı Hacıyevin rəhbərliyi altında 5-ci yeri tutması olub.
Qeyd edək ki, “Saturn”da azərbaycanlı futbolçu, əslən Lənkərandan olan gənc yarımmüdafiəçi Emin Mahmudov oynayır.