Mahir Şükürovun məşqçisi Kiyev “Dinamo”sundan təklif aldı
09.11.2010 - 14:19
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun oynadığı Rusiyanın “Anji” klubunun məşqçisi Andrey Qusin yeni təklif alıb. Apasport.az saytının məlumatına görə, Kiyev “Dinamos”sunun prezidenti İqor Surkis keçmiş futbolçusuna məşqçilər korpusunda yer almağı təklif edib: “Baş məşqçimiz Yuri Syominlə işlə bağlı danışmamışam, ancaq Andrey Qusinə təklifim olub. Andreyin uşağı olub və bu münasibətlə onu təbrik edirəm. Mən ona dedim ki, gəl, sən bizə lazımsan, səni məşqçilərdən biri kimi görmək istəyirəm”.
Qeyd edək ki, karyerasının böyük hissəsini “Dinamo”da keçirən (1996-2005) keçirən Qusin Ukrayna çempionatında 170 oyunda 22 qol, avrokuboklarda 62 görüşdə 4 qol vurub. O, əvvəl “Saturn”da, indi isə “Anji”də Hacı Hacıyevin yanında çalışır.

0
0