“Təəssüf ki, yalnız “Xəzər Lənkəran”ın futbolçusunu oynadacağıq”
09.11.2010 - 14:51
“Xəzər Lənkəran” klubunun latviyalı qapıçısı Denis Romanov Çinə aparılır. Apasport.az saytının məlumatına görə, cari mövsümdən lənkəranlıların sıralarında olan futbolçu yığmasının Çin millisi ilə noyabrın 17-də Kunmin şəhərində keçiriləcək yoldaşlıq görüşünə dəvət alıb. Baş məşqçi Aleksandr Starkov 18 nəfərlik heyətində ölkədən kənarda oynayan yalnız Romanova yer verib. Nəticədə “Qarabağ”ın yarımmüdafiəçisi Andrey Rubinlə “İnter”in hücumçusu Girts Karlsons bu dəfə çağırılmayıb. Starkov ölkə daxilində oynayan futbolçulara güvənməli olub: “Təəssüf ki, oyunda yalnız bir legionerin xidmətindən istifadə edə biləcəyik. Buna görə də bu, Latviya klublarından ibarət yığma komanda olacaq”.
Qeyd edək ki, latviyalılar noyabrın 14-də Finlandiyanın paytaxtı Helsinkidən Pekinə yollanacaq.
Qeyd edək ki, latviyalılar noyabrın 14-də Finlandiyanın paytaxtı Helsinkidən Pekinə yollanacaq.
0
0