“Əskişəhərspor”a ağır cəzalar
10.11.2010 - 09:45
“Əskişəhərspor”a ağır cəzalar
Rəşad Sadıqovun çıxış etdiyi Türkiyənin “Əskişəhərspor” klubu baş məşqçisi Bülənt Uyğunun xidmətindən məhrum olub. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam İntizam Komitəsi mütəxəssisə ağır cəza kəsib.

Belə ki, baş məşqçiliyinə zidd olaraq, menecerlik fəaliyyəti göstərən Uyğun 8 oyunluq cəzaya məruz qalıb. O, texniki zona və soyunub-geyinmə otağına girmək hüququndan məhrum olub. Rəşadın komanda yoldaşı, “Əskişəhərspor”un kapitanı Ümit Karan da cəzasız qalmayıb. “Qalatasaray” və Türkiyə yığmasındakı çıxışları ilə tanınan hücumçu 4 matçlıq kənarlaşdırılıb.