Ölkə futbolunun müdafiəçisi bıçaqlandı
10.11.2010 - 10:13
Ukraynanın Xerson vilayətində futbol zəminində kriminal hadisə baş verib. Apasport.az saytının məlumatına görə, Jelezni Port kurort qəsəbəsinin 33 yaşlı sakini aldığı bıçaq yarası ilə xəstəxanaya çatdırılıb.
Qarnı deşilibmiş ukraynalının qonağı tərəfindən yaralandığı məlum olub. Belə ki, Rusiyadan qonağı gələn zərərçəkən onunla oturub yeyib-içiblər. Sonra onlar futbol baxışlarını ortaya qoyublar. 44 yaşlı qonaq Rusiya, ev sahibi isə Ukrayna futbolunun daha güclü olduğunu sübut etməyə çalışıb. Öz ölkəsinin futbolunu müdafiə edən ukraynalını inandıra bilməyən rusiyalı sözlərini bıçaqla sübut etmək istəyib. Ev sahibini yaralayan qonaq artıq saxlanılsa da, onların heç birinin adı açıqlanmır.

0
0