Fərhad Vəliyev şans istəyir
10.11.2010 - 10:32
“Klubda daim əsas heyətdə meydana çıxmaq, heç vaxt məndə arxayınçılıq yaratmayıb. Əksinə, çalışıram ki, formamı qoruyum, əsas heyətdə oynamağa daim hazır olum. Oyunlarda yaxşı tərəfdən fərqlənməyə çalışıram”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev deyib.
Ağdam təmsilçisinin heyətində daim meydana çıxan qolkiper yığmada daha çox ehtiyatda qalır. Millinin baş məşqçisi Berti Foqts avrokuboklarda özünü yaxşı tərəfdən göstərən Vəliyevə nadir hallarda oynamaq şansı verir. Təbii ki, bu amil klubunda daim meydana çıxan qapıçını üzməyə bilməz: “Bu, baş məşqçinin qərarıdır. Kamran da qapıda yaxşı dayanır. Ehtiyatda qaldığıma görə, az da olsa, üzülürəm. Amma problem yoxdur. Şans verilsə, mən də sözümü deyəcəyəm”.
Çox vaxt klublarında əsas qapıçılar olan Kamran Ağayevlə Fərhad Vəliyevi müqayisə edirlər. Təbii ki, yığmanın da bir nömrəsi olan Ağayev əksər hallarda üstünlük qazanır. Bəs görəsən Fərhad necə, Kamranı özündən güclü hesab edirmi? Sualımıza Vəliyev belə cavab verdi: “Kamran gənc, perspektivli qapıçıdır. O, oyundan oyuna milliyə layiq olduğunu göstərir. Müqayisəyə gəldikdə, heç kimi özümdən güclü hesab etmirəm. Əksinə, üzərimdə işləyib daim birinci olmaq istəyirəm. Amma son sözü baş məşqçi deyir”.

0
0