Azərbaycan çempionu A2 seriyasında
10.11.2010 - 10:44
Bakının “İnter” klubunun sabiq futbolçusu Raymundo Vilson Junior özünə yeni iş yeri tapıb. Apasport.az saytının məlumatına görə, 2008-ci ilin yayından bu ilin mayına kimi paytaxt təmsilçisinin şərəfini qoruyan braziliyalı qapıçı 5 illik fasilədən sonra vətəninə qayıdıb.
34 yaşlı Vilson “San Bernardo” klubu ilə müqavilə bağlayıb. Ötən mövsüm Azərbaycan çempionu olan qapıçının yeni komandası bu il San Paulu ştatının A2 seriyasında çıxış edib. “Pələnglər” adını daşıyan komanda aşağı dəstədə 4-cü yeri tutmaqla, gələn il ştatın A seriyasında oynamaq hüququ qazanıb.
Qeyd edək ki, Vilson vaxtilə Braziliyanın 17 və 20 yaşadək futbolçulardan ibarət yığmalarının da şərəfini qoruyub.

0
0