Lənkəranda qələbə qazanan mütəxəssis qovuldu
10.11.2010 - 11:49
Stüart Bakster Finlandiya yığmasının baş məşqçisi postundan qovulub. Apasport.az saytının məlumatına görə, Finlandiya Futbol Federasiyasının rəhbərliyi şotlandiyalı mütəxəssisi cari seçmə mərhələdə uğursuz starta görə istefaya göndərməyi qərara alıb. Bu, Baksterin özü ilə məsləhətləşdikdən sonra qəbul olunub. O, gedişi ilə yığmada ardıcıl üç məğlubiyyətdən sonra atmosferin yaxşılaşacağı ilə razılaşıb. Finlandiya millisinə müvəqqəti rəhbərlik Baksterin köməkçisi, yığmanın keçmiş qapıçısı Olli Huttunenə həvalə olunub. O, bu vəzifəni bir oyunluq yerinə yetirəcək. Bakster isə onun məsləhətçisi olacaq.
Qeyd edək ki, Bakster ötən seçmə mərhələdə yığmamızla hər iki görüşdə iştirak etdi. Onun komandası Helsinkidə 1:0, Lənkəranda 2:1 hesablı əzmkar qələbə qazandı.
Qeyd edək ki, Bakster ötən seçmə mərhələdə yığmamızla hər iki görüşdə iştirak etdi. Onun komandası Helsinkidə 1:0, Lənkəranda 2:1 hesablı əzmkar qələbə qazandı.
0
0