“Komandamız uduzanda, qapıda mən dayanacam”
10.11.2010 - 12:35
“Ehtiyatda qalmağımın səbəbini bilmək istəyirsiniz? Əvvəllər baş məşqçi növbəlilik sisteminə üstünlük vermişdi. Bu səbəbdən bir oyunda mən dayanırdım, digərində Cahangir Həsənzadə”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın qapıçısı Elşən Poladov deyib.
Bir vaxtlar “Bakı”nın qapısını qoruyan və hətta milli komandanın məşqçilərinin də diqqətini cəlb etməyi bacaran Poladov sonradan “Turan”a transfer olundu. Amma Tovuz təmsilçisində maliyyə çatışmazlığı olduğundan qapıçı “İnter”ə keçdi. Bu komandada il yarım ehtiyatda oturan Elşən sonradan AZAL-a pənah gətirdi. Ancaq Əsgər Abdullayevin daha çox Rauf Mehdiyevə şans verməsi Elşənin yenidən ehtiyat oyunçular skamyasında qalmasına səbəb oldu.
Ancaq cari mövsümdə Nazim Süleymanov bir neçə oyunda ona güvəndi. Sonuncu dəfə “Neftçi” ilə matçda “çərçivə”ni qoruyan qapıçının ilk “11-lik”də nə vaxt meydana çıxacağı AZAL-ın məğlub olmasından asılıdır: “İndi hər şey dəyişib. Komanda məğlub olandan-olana qapıçı dəyişəcək. “Neftçi” ilə görüşdə qapını mən qorudum, məğlub olduğumuza görə, “çərçivə” indi Cahangirə tapşırılıb. Həsənzadə son 4 oyunda yaxşı təsir bağışlayıb. Bir sözlə, komandamız uduzanda, qapıda mən dayanacam”.
Təbii ki, futbolçu ehtiyatda qaldıqca, unudulur. Ancaq Poladov bununla razılaşmır: “Unudulmaq hələ tezdir. Ola bilər, yığmanın məşqçiləri oyunumu görmək imkanı qazana bilməsin. Lakin mənim heç bir narazılığım yoxdur. Baş məşqçinin qərarlarına hörmətlə yanaşıram”.

0
0