Jaba: Yarımmüdafiəçilər məni topla təmin etmirlər
10.11.2010 - 14:04
“Gəncə” ilə oyunda qazandığımız qələbə futbolçularda özünəinamı artırıb. İndi hamı bu qələbənin davamını gətirmək haqda düşünür”. Bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun futbolçusu Jaba deyib.
29 yaşlı hücumçu Unibank Premyer Liqasının XIII turunun “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb: “Bilirəm, çətin olacaq. “Qarabağ” son oyunlarda yaxşı çıxış edir. Onlar qələbələri sıralayır, avrokubok oyunları zamanı Premyer Liqada itirdikləri xalları bərpa etməyə çalışırlar. Bütün bunları nəzərə alaraq, çətin olacağını deyə bilərəm”.
Son oyunlarda qol vura bilməyən Jaba bunun səbəbini belə izah edib: “Çox qaçıram, mövqe seçirəm, amma qol vura bilmirəm. Çünki yarımmüdafiəçilər məni topla təmin etmirlər. Ancaq ruhdan düşmürəm və daim hərəkət edirəm”.
Braziliyalı futbolçu “Bakı”da heç vaxt pulla bağlı hər hansı problemin olmadığını vurğulayıb: “Bakı”da para problemi yoxdur. Əlbəttə, “Gəncə” ilə oyunda qazandığımız qələbəyə görə mükafat verilib. Yəni, bu klubda pul problemi yoxdur. Əsas bizim qələbə qazanmağımızdır”.

0
0