Vaqif Cavadov Çernoqoriya ilə görüşdə oynamaya bilər
10.11.2010 - 14:22
Azərbaycan yığmasının Çernoqoriya ilə yoldaşlıq görüşü üçün heyətlə bağlı itkiləri davam edir. Apasport.az saytının məlumatına görə, millimizin kapitanı Rəşad Sadıqov və serbiyalı Branimir Subaşiç kimi, hücumçu Vaqif Cavadovun da zədə problemi var. Unibank Premyer Liqasının XII turunda “Gəncə” ilə səfər oyununda bu səbəbdən adı iştirak ərizəsinə daxil edilməyən “Bakı”nın futbolçusu hazırda millinin düşərgəsindədir. Vaqif orada müalicə olunur və məşq etmədiyindən, noyabrın 17-də baş tutacaq səfər oyununu buraxacağı gözlənilir.
0
0