MOİK-in qapıçısı ağır qəza törətdi - FOTO
10.11.2010 - 14:34
Tanınmış rusiyalı qapıçı Venyamin Mandrıkin avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, Bryanskda idarə etdiyi “Porşe Kayenn” markalı avtomobilində qəza törədən Moskva MOİK-in futbolçusu ağır vəziyyətdə 1 nömrəli şəhər xəstəxanasına çatdırılıb.
Onurğa sütunu qırılan və beynindən xəsarət alan Mandrıkin reanimasiyaya yerləşdirilib. Yaş asfaltda idarə etməni itirən Venyamin maşını ağaca çırpıb. Dövlət Avtomobil Müfəttişin əməkdaşlarının verdiyi məlumata görə, onlar yüksək sürətlə gələn Mandrıkini saxlamağı tələb ediblər. Ancaq buna məhəl qoymayan qapıçı sürəti daha da artırıb. Nəticədə qəza zamanı Vanyaminlə yanaşı, onun yanında iki sərnişin də xəsarət alıb. Onlardan birinin onurğa sütunu, digərinin körpücük sümüyü qırılıb.
Qeyd edək ki, Mandrıkin icarə əsasında I divizion təmsilçisi Braynsk “Dinamo”sunda oynayır.

0
0