Vaqif Cavadov milli komandanının hazırlığına qatılmadı
10.11.2010 - 16:25
Azərbaycan milli komandası itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Bakı” klubunun futbolçusu Vaqif Cavadov yığmanın hazırlıqlarından kənar qalıb. Buna 21 yaşlı hücumçunun zədələnməyi səbəb olub. Zədə üzündən Cavadov noyabrın 17-də səfərdə Çernoqoriya ilə yoldaşlıq oyunu keçirəcək yığmamızın həmin matça hazırlıq məqsədilə 3 gündür davam edən hazırlıqlarına da qatıla bilmir.
Qeyd edək ki, Vaqifə qədər digər hücumçumuz Branimir Subaşiç də zədələnərək heyətdən çıxarılmışdı.
Qeyd edək ki, Vaqifə qədər digər hücumçumuz Branimir Subaşiç də zədələnərək heyətdən çıxarılmışdı.
0
0