İqor Mitreski: Heyətdə bütünlüklə gənclərə şans vermək mümkün deyil
10.11.2010 - 16:43
"Açığı, baş məşqçimiz Mirsad Yonuzdan Albaniya ilə görüşə çağırılmamağımı xahiş etdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” klubunun makedoniyalı müdafiəçisi İqor Mitreski deyib.
O, klubun rəsmi internet saytına verdiyi açıqlamada komanda yoldaşı Slavko Georgiyevskidən fərqli, Makedoniya yığmasına çağırılmasını belə izah edib: “Yonuz ixtiyarında heç olmasa 2 təcrübəli futbolçunu görmək istədiyini bildirdi. Düzdür, Albaniya ilə görüşdə yığmaya namizəd olan gənc futbolçulara üstünlük veriləcək. Ancaq təbii ki, heyətdə bütünlüklə gənclərə şans vermək mümkün deyil”.
Qeyd edək ki, “Neftçi”yə transfer olunandan öz ölkəsinin millisinə dəvət alan makedoniyalı cütlük Albaniya ilə noyabrın 17-dəki yoldaşlıq oyununda ayrı düşəcək. Baş məşqçi Mirsad Yonuz Mitreskiyə ehtiyac duysa da, Georgiyevskini heyətə daxil etməyib.

0
0