Slavko Georgiyevski: Yonuz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı
10.11.2010 - 16:57
Slavko Georgiyevski: Yonuz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı
"Makedoniya yığması Albaniya ilə hazırlıq matçı keçirəcək. Mən vətənimdən Bakıya yeni qayıtmışam. Makedoniyaya getməkdə məqsədim ailəmi ziyarət etmək idi. Belə ki, yeni övladım dünyaya gəlib”. Apasport.az saytının məlumatına görə bu sözləri Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Slavko Georgiyevski deyib.

O, klubunun rəsmi internet saytına verdiyi açıqlamada Makedoniya yığmasının heyətindən kənar qalmasına aydınlıq gətirib: “Komandamızın baş məşqçisi Arif Əsədovdan icazə alaraq vətənimə yollandım. Məhz orada yığmamızın baş məşqçisi Mirsad Yonuzla geniş söhbət etdik. Baş məşqçimiz Albaniya ilə oyunda mənə dəvət göndərməyəcəyini bildirdi. O, hazırlıq görüşündə yığmaya yeni namizədlərə şans verəcəyini açıqladı. Mən də bunu anlayışla qarşıladım. Yonuz mənə seçmə mərhələnin oyunlarına hazır olmağı tapşırdı".