“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
10.11.2010 - 16:47
“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi
Unibank Premyer Liqasının təqvimində növbəti dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu dəfə də problemi stadion çatışmazlığı yaradıb.

Belə ki, “Qarabağ” və “Bakı” klubları ev oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirməsi XVI turun qarşılaşmalarına təsir edib. Hər iki komandanın dekabrın 5-də evdə oynaması üzündən Peşəkar Futbol Liqası təqvimdə dəyişiklik etməyə məcbur olub. Belə ki, “Qarabağ”ın xahişi və qonaq komandanın razılığı ilə onların “İnter”lə matçı bir gün əvvəl dekabrın 4-də baş tutacaq.

Mənbə: pfl.az