Azərbaycan kuboku: Əvvəl 1, sonra 7
10.11.2010 - 17:08
Azərbaycan kuboku: Əvvəl 1, sonra 7
Azərbaycan kubokunun 1/8 final mərhələsinin oyunlarının tarixi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, dekabrın 7-8-də keçirilməli olan 8 görüşdən hansının ayın neçəsində baş tutacağına aydınlıq gəlib. Belə ki, bu matçlardan yalnız biri dekabrın 7-də oynanılacaq. Digər 1/4 finalçılar isə ertəsi gün müəyyənləşəcək.

07 dekabr (çərşənbə axşamı)

“Qarabağ” – “Turan”

08 dekabr (çərşənbə)

“Gəncə” – “Neftçi”
“Xəzər Lənkəran” – MKT “Araz”
“Qəbələ” – “Neftçi” İSM
“Bakı” – “Muğan”
“Simurq” – “Abşeron”
“Şuşa” – “İnter”
“Rəvan” – AZAL