“Araz Abdullayev İngiltərədə uğur qazanmağa hazırdır”
12.11.2010 - 12:13
Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Araz Abdullayevin İngiltərənin “Everton” klubuna mümkün keçidi Böyük Britaniyada da böyük marağa səbəb olub. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçisinin azarkeşləri 18 yaşlı futbolçunun transferini müzakirəyə çıxarıblar. “Everton”un forumunda Araza həsr olunan səhifədə fanatlar maraqlı fikirlər açıqlayıblar.
İngilislər həmyerlimizə avstraliyalı Tim Kehillin davamçısı kimi baxırlar: “Arazın transferi gələcək üçün yaxşı olardı. Bu oğlan həqiqətən də İngiltərədə uğur qazanmağa hazırdır. Onun bunun üçün potensialı var. Əminəm ki, Abdullayev bunu bacaracaq. Şübhəsiz ki, gələcəkdə əsas komanda üçün yaxşı oyunçu ola bilər. Təbii ki, biz buna ümid edirik. Lakin klubumuzun yarımmüdafiə xəttində kifayət qədər sıxlıqdır. Əslində, bu da qorxulu deyil. Axı biz Tim Kehillin qocaldığını, Stiven Pienarın komandamızı tərk edəcəyini də nəzərə almalıyıq. Bir sözlə, Araz gələcək üçün yaxşı transferdir”.
Lakin “Everton” azarkeşləri Abdullayevin cinah hücumçusu kimi faydalı olacağından da dəm vururlar: “Araz kifayət qədər universal oyunçudur. Hərçənd, hücumçu kimi daha yaxşı təsir bağışlayır. Bizə də elə belə futbolçu lazımdır. Düşünürəm ki, 4-5 ildən sonra Abdullayev sözünü deyəcək. O, Maqaye Queye ilə hücumun cinahlarından Joao Silvaya yaxşı dəstək ola bilər. Həmin gün o qədər də uzaqda deyil”.

0
0