“Birlik kuboku”nda Finlandiya klubu da oynayacaq
12.11.2010 - 12:27
“Birlik kuboku”nun təşkilatçıları turnirlə bağlı açıqlama veriblər. Apasport.az saytının məlumatına görə, yenidən Rusiya paytaxtı Moskvadan Sankt-Peterburq şəhərinə köçürülən yarışın mətbuat xidmətinin rəhbəri Aleksandr İvanov susqunluğu pozub. Məlum olub ki, ildən-ilə marağı azalan turnir iştirakçılarına yaxın günlərdə rəsmi məlumat veriləcək: “Ənənəyə görə, “Birlik kuboku”nda MDB və Baltikyanı ölkələrdən komandalar iştirak edir. Bu il ora Finlandiya da əlavə olunub. İndi turnirin iştirakçıları haqda informasiya dəqiqləşdirilir. Çünki çox ölkələrdə milli çempionatlar hələ bitməyib. Bütün oyunlar “Peterburqski” İdman Kompleksində keçiriləcək”.
Qeyd edək ki, 16 komandanın 4 qrupda yarışacağı turnirdə Azərbaycandan “İnter”, Ukraynadan “Şaxtyor”, Belarusdan BATE, Moldovadan “Şerif”, Qazaxıstandan “Tobol”, Litvadan “Ekranas”, Latviyadan “Metallurq”, Estoniyadan “Levadiya”, Türkmənistan “Balkan”, Özbəkistandan “Bunedkor”, Tacikistandan “İstiqlal”, Qırğızıstandan “Neftçi” klubu oynamaq hüququ qazanıb.
Rusiya və Ermənistanda hələ çempion müəyyənləşmədiyindən, onlarla bağlı məsələ açıq alır. Rusiyanın klublardan ibarət yığması və Finlandiyanın HİK klubu da turnirin iştirakçıları sırasındadır. Ancaq bir sıra çempionları gümüş medalçıların əvəzləyəcəyi gözlənir. “Şerif” yarışdan imtina etdiyi üçün onun yerinə “İskra-Stal” mübarizə aparacaq.

0
0