“Neftçi” klubunun braziliyalı legioneri ayın futbolçusu seçildi
12.11.2010 - 13:04
Unibank Premyer Liqasında oktyabrın ən yaxşı futbolçusu müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun braziliyalı yarımmüdafiəçisi Flavinyo keçirilən səsverməsinin nəticəsinə əsasən ötən ayın ən yaxşısı seçilib.
Bununla bağlı hazırda “UniPlaza”dan tədbir təşkil olunub. Futbolçuya kubok və 1111 manat rəmzi pul mükafatı veriləcək.
Qeyd edək ki, apasport.az da oktyabrın ən yaxşı futbolçusu kimi məhz Flavinyoya səs vermişdi. Bununla, saytımız ardıcıl ikinci dəfə qalibi düz tapır. Belə ki, apasport.az sentyabrın ən yaxşısı seçilən “Gəncə”nin yarımmüdafiəçisi Samir Zərgərova da səs vermişdi.

0
0