“İnter” “Birlik Kuboku”un əsas favoritlərindən biridir”
12.11.2010 - 13:17
“Qəbələ” yüksək səviyyəli futbolçulardan təşkil olunmuş komandadır. Klubu məşhur Toni Adams çalışdırır ki, bu da kiçik faktor deyil”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in gənc yarımmüdafiəçisi Daniel Genov deyib.
Bolqarıstanlı legioner klubun rəsmi saytına müsahibəsində sabah “Qəbələ” ilə keçiriləcək matç barəsində fikirlərini açıqlayıb. O, bu qarşılaşmanın çətin olacağını bildirib: “Bizi “Qəbələ” ilə çətin oyun gözləyir. Qalib gəlmək üçün çox çalışmaq lazım gələcək”.
Genov komandasının “Birlik Kuboku”nda iştirakına da toxunub. Yarımmüdafiəçinin sözlərinə görə, komandası turnirin fovaritlərindən hesab olunur: “Bu turnir barəsində kifayət qədər məlumatım var. Düşünürəm ki, “Birlik Kuboku” mövsümün ikinci dövrəsinə hazırlaşmağımızda böyük rol oynayacaq. Ancaq qələbəyə oynayacağıq. Düşünürəm ki, biz “Birlik Kuboku”un əsas favoritlərindənik. Əlbəttə, orada güclü rəqabət olacaq. Ona görə ki, turnir yüksək səviyyəli komandalardan - ölkə çempionlarından təşkil olunacaq. Bununla belə, düşünürəm ki, uğur qazanmaq üçün gücümüz çatar”.

0
0