Berti Foqts 17 futbolçu bəyəndi
12.11.2010 - 13:35
Azərbaycan millisinin Çernoqoriya ilə noyabrın 17-də Podqoritsada keçiriləcək yoldaşlıq görüşünə heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Berti Foqts Bakıda keçirdiyi qısamüddətli toplanışdan sonra 17 nəfərlik heyəti müəyyənləşdirib.
Gözlənildiyi kimi, yığmamızın kapitanı Rəşad Sadıqov, hücumçular Vaqif Cavadovla Branimir Subaşiç zədə üzündən heyətdən kənarda qalıblar. Foqtsun yarımmüdafiəçi baxımından qıtlıq çəkdiyi halda, Rəşad Sadiqov, Araz Abdullayev, Amit Quluzadə, Cavid Hüseynovu kənarda qoyması diqqət çəkir. Foqts uzun fasilədən sonra Nodar Məmmədovla Aqil Nəbiyevi yığmaya qaytarıb. Onlar sonuncu dəfə 2008-ci ilin sentyabrın da Uels yığmasına səfərdə 0:1 hesabı ilə uduzduğumuz rəsmi oyunda iştirak edib.
Qapıçılar: Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Aqil Məmmədov (“Bakı”)
Müdafiəçilər: Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Nodar Məmmədov (“Qəbələ”), Ruslan Abışov (“Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Aqil Nəbiyev (AZAL)
Yarımmüdafiəçilər: Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Elvin Məmmədov (“Qarabağ”), Mahir Şükürov (“Anji”, Rusiya)
Hücumçular: Vüqar Nadirov (“Qarabağ”), Fərid Quliyev (“Neftçi”), Rauf Əliyev (“Qarabağ”)
Ehtiyat heyət: Səlahət Ağayev (“İnter”), Ruslan Əmircanov, Araz Abdullayev, Cavid Hüseynov, Amit Quluzadə (hamısı “Neftçi”), Vaqif Cavadov, Cəmşid Məhərrəmov, Fabio Luis Ramim (hamısı “Bakı”), Rəşad Sadiqov (“Qarabağ”)

0
0