Azərbaycan yığmasının sabiq futbolçusu avtomobil qəzasına düşdü
12.11.2010 - 15:34
Azərbaycan yığmasının sabiq futbolçusu avtomobil qəzasına düşdü
Azərbaycan yığmasının sabiq futbolçusu Dmitri Spirin avtomobil qəzasına düşüb. Apasport.az saytının məlumatına görə, 197 nömrəli marşrut avtobus 35 yaşlı müdafiəçinin idarə etdiyi “Daewoo” markalı avtomobilə xəsarət yetirib.

Döş qəfəsi əzilən Spirin xəstəxanaya yerləşdirilib. Karyerasını zədə üzündən erkən bitirən Spirin çörək pulunu taksi sürücüsü kimi qazanır. İndi onun üzən məqam futbolda qazancını qoyduğu şəxsi avtomobilinin pis vəziyyətə düşməsidir. Yolun kənarında duraraq, sərnişin gözləyən Dmitrini avtobus vurub və nəticədə həm özünün, həm də maşınına ziyan dəyib.