Ronaldo bank yarır- FOTO
12.11.2010 - 16:11
Ronaldo bank yarır- FOTO
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldo özünə yeni iş tapıb. Apasport.az saytının məlumatına görə, karyerasının vətənində “Korintins” klubunda davam etdirən “Yekədiş” kinoya çəkilir. Bu sahədə debüt edən futbolçu “Braziliyalı” adlanan romantik komediyanın qəhrəmanlarından biri olacaq.

Məşhur serial qəhrəmanı Juliana Paeşlə tərəf müqabili olacaq mundiallar tarixinin ən yaxşı bombardiri kinoda oğru qismində görünəcək. Ronaldonun bankları necə yarması isə gələn il kinoteatrlara çıxacaq.

Qeyd edək ki, əfsanəvi futbolçu İran kinematoqraflarından da filmə çəkilmək təklifi alıb.