Saşa Yunisoğlu: “Bakı” və “Qarabağ”ın xal itirməsi işimizə yaradı
29.11.2010 - 17:33
“Cari mövsümdə ilk dəfədir ki, komandamız 5-ci pilləyə yüksəlib. 2 tur əvvəl isə 6-cı yerdə qərarlaşmışdıq”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.
Unibank Premyer Liqasının XV turundan sonra 5-ci pilləyə yüksələn əyalət təmsilçisinin təcrübəli futbolçusu uğurlu seriyanı davam etdirəcəklərini düşünür: “Bizim ilk “altılıq” yolunda əsas rəqiblərimiz “Bakı” və “Qarabağ”dır. Onlar da sonuncu turda xal itirdilər. Bu, işimizə yaradı. Məqsədimiz ilk növbədə “altılıq”a düşməkdir. Daha sonra isə bacardığımız qədər irəliləməyə çalışacağıq”.
Hazırda güclü kollektivlərinin olduğunu qeyd edən müdafiəçi istənilən rəqiblə qarşılaşmağa hazır olduqlarını bildirib: “Yaxşı heyətimiz var. Ola bilsin, ilk “altılığ”a namizədlərin adlarını deyərkən, bizi bu sıraya qatmırlar. Çünki son vaxtlarda komanda bir qədər geridə idi. Bu üzdən komandanı “altılığ”a namizədlər sırasında görmürdülər. Ancaq biz oyunumuzla buna layiq olduğumuzu sübut etdik”.

- A Seriyasında ayın ən yaxşı oyunçusu bəlli olub
- Nasser çağırdı, 138 üzv səs verdi: Dursun Özbek idarə heyətinə seçildi
- Sanço qərarını verdi – Yeni klub üçün qışa qədər gözləyəcək
- 15 klub razılaşsa, “Mançester Siti” Premyer Liqadan gedəcək
- Sanki Ronaldonun gedişini gözləyirdilər – “7 nömrə” Leaoya verildi
0
0