Bahodir Nasimov: Heç bir müqaviləyə imza atmamışam
30.11.2010 - 00:01
“Qarabağ”la oyun oldu. Qələbə bizə çox vacib idi”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi” klubunun hücumçusu Bahodir Nasimov deyib.
Yayda paytaxt komandasına keçən özbəkistanlı forvard hələ ki, ümidləri doğruldur. Arxada qalan XV turda 14 qol vuran hücumçu həm də Unibank Premyer Liqasının bombardiridir. Meydandakı işgüzarlığı ilə seçilən futbolçu yaxşı oyundan çox, qələbənin vacib olduğunu bildirib: “Qol şansları yaratsaq da, onları reallaşdıra bilmədik. Vacib olan 3 xal qazanmaq idi ki, biz də bunu bacardıq”.
Son 2 oyunda fərqlənə bilməməsinə də toxunan forvard bunun elə də əhəmiyyət kəsb etmədiyini deyib: “Şanslarım olur. Ancaq hər oyunda qol vurmaq mümkün deyil. Qarşıda çoxlu oyunlarımız var. Əsas odur ki, komanda qələbə qazandı”.
Çıxışı ilə klub rəhbərliyinin etimadını doğruldan futbolçu ilə yeni – 3 illik anlaşma imzalanması nəzərdə tutulub. Bunun üçün klubun prezidenti Sadıq Sadıqovun futbolçunun müqavilə ilə məxsus olduğu “Rubin” rəhbərliyi ilə danışığı olacaq. Nasimov hələlik heç bir yeni anlaşmaya imza atmadığını, bunun klub rəhbərləri səviyyəsində həll ediləcəyini vurğulayıb: “Hələlik heç bir müqaviləyə imza atmamışam. Bu klub rəhbərləri səviyyəsində həll edilməlidir. Baxacağıq, hələ vaxtımız var”.

0
0