Fatih Təkkə: Bernd Şusterə nifrət edirəm
30.11.2010 - 11:10
Mövsümün əvvəlində böyük ümidlərlə “Rubin”dən transfer olunan Fatih Təkkə “Beşiktaş”dan ayrılıb. Apasport.az saytının məlumatına görə, almaniyalı baş məşqçi Bernd Şusterlə yola getməyən 33 yaşlı mərkəz hücumçusu rəhbərliklə danışıqlardan sonra yekun qərarını açıqlayıb.
Təkkə komandadan ayrılmasını çalışdırıcıya nifrət etməsi ilə əlaqələndirib: “Şusterin güvəndiyi futbolçular var. Bir dəfə olsun mənimlə danışmadı. Mediaya məni oynatmayacağını söylədi. Hamıya təşəkkür edirəm. Amma sizi nə qədər sevirəmsə, bir o qədər də Şusterə nifrət edirəm”.
Qeyd edək ki, Təkkə arxada qalan Türkiyə Super Liqasının 14 turunda meydana çıxmayıb.

0
0