Vəli Qasımovla Nazim Süleymanovun uğuru təkrarlandı
30.11.2010 - 11:33
Rusiyanın “Sport-Ekspress” qəzeti ötən həftə başa çatan Premyer Liqaya yekun vurub. Apasport.az saytının məlumatına görə, rus həmkarlarımız bizim futbolçulara da qiymət verib.
Düzdür, Rusiya çempionatında yeganə futbolçumuz olan, Mahaçqalanın “Anji” klubunda 30 oyunun 20-də meydana çıxan millinin yarımmüdafiəçisi Mahir Şükürov heç bir nominasiyada fərqləndirilməyib. Əvəzində soydaşlarımız, müvafiq olaraq Rusiya və Ukrayna vətəndaşlığını daşıyan yarımmüdafiəçilər Emin Mahmudovla Aleksandr Əliyev fərqləndirilib.
Lənkəranda doğulub boya-başa çatan, sonradan ailəsi ilə birgə Moskvaya köçən 17 yaşlı Emin ən yaxşı 2-ci yeniyetmə futbolçu sayılıb. “Saturn”da 21 oyun keçirən Mahmudov “Sport-Ekspress”dən 5,53 bal alıb. Rusiyada ilk mövsümünü keçirən Moskva “Lokomotiv”inin futbolçusu Aleksandr Əliyev isə ən yaxşı debütantlar arasında 3-cü olub – 25 oyun, 6,02 bal.
Portuqaliya yığmasının və “Zenit” klubunun yarımmüdafiəçisi Danni isə yığmamızın sabiq hücumçuları Vəli Qasımovla (23 oyun, 5,91 bal) Nazim Süleymanovun (32 oyun, 5,94 bal) uğurunu təkrarlayıb. Belə ki, Kriştianu Ronaldonun millidəki komanda yoldaşı Premyer Liqanın ən yaxşı legioneri seçilib.
Qasımov 1992, Süleymanov 1993-cü ildə Rusiyada ən yaxşı legioneri olub. Sonuncu 1996-cı ildə də buna layiq görülüb (24 oyun, 6,42 bal). Rusiya yığmasının heyətində bizə qarşı oynamış Sergey Semak isə millimizin sabiq qapıçısı Aleksandr Jidkovun nailiyyətinə imza atıb.
Belə ki, son 3 ildə “Rubin” və “Zenit”in heyətində Rusiya çempionu olan 34 yaşlı yarımmüdafiəçi ən yaxşı veteran sayılıb. Bura yaşı 33-dən az olmayan futbolçular daxil edilir. 2001-ci ildə 36 yaşında “Anji”də oynayan Jidkov həmin mövsümün (28 oyun, 6,05 bal) ən yaxşı veteranı sayılıb.

0
0