“Qızıl top”u 2 yerə bölmək istəyirlər
30.11.2010 - 12:00
“İndi dünya futbolunda İspaniya erası hökm sürür. Çünki dünya çempionatında da biz qalib gəlmişik. Dünyanın ən yaxşı futbolçusu da ispaniyalı olmalıdır”. Apasport.az saytının məlumatına görə, bu sözləri İspaniya millisinin və “Barselona” klubunun futbolçu Xavi Ernandes deyib.
30 yaşlı yarımmüdafiəçi 2010-cu ilin ən yaxşı futbolçusuna veriləcək “Qızıl top” mükafatı ilə bağlı fikirlərini açıqlayıb: “Eşitdiyimə görə, “Qızıl top”un kimə qismət olacağı haqda fikir bildirənlər mükafatın mənimlə Andres İnyesta arasında bölünməsini iddia edirlər. Bu, möhtəşəm olardı. Lakin “Qızıl top” Andresə verilsə də, çox şad olaram. Şəxsən mənim üçün komanda mükafatları daha dəyərlidir. Çünki bu titullar ədalətli qazanılır. Fərdi mükafatlara gəlincə, bir çox haqsızlıqlar qeydə alınır”.

0
0