Milli komandamızın seçmə mərhələdə rəqibləri müəyyənləşdi
30.11.2010 - 12:17
Milli komandamızın seçmə mərhələdə rəqibləri müəyyənləşdi
Bu gün 17 yaşadək futbolçular arasında yığma komandaların (U-17) Avropa çempionatının 2011/12 mövsümünün ilkin mərhələsinin püşkü atılıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi VII qrupda yer alıb.

Təbriz Həsənovun yeni təyin olduğu U-17-nin rəqibləri Belçika, Xorvatiya, Ukrayna olub. Bu qrupun oyunları 2011-ci il oktyabrın 25-də, 27-də və 30-da Xorvatiyada keçiriləcək.

Qeyd edək ki, yığmamız Sloveniyada keçiriləcək final mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmək üçün qrupda ilk iki yeri tutmalıdır.