AFFA Nadir Qasımova ağır cəza verdi
30.11.2010 - 12:36
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Unibank Premyer Liqasının XV turunda baş verən xoşagəlməz hadisələr müzakirə olunub.
Komitə “Gəncə” – MOİK matçına təsadüf edən turun yeganə qırmızı vərəqəsi ilə bağlı qərar çıxarıb. Matçın 30-cu dəqiqəsində meydandan qovulan Nuran Qurbanov (MOİK) 2 oyunluq cəzalanıb. Onun birbaşa meydandan qovulması komandasını 2 min manat ziyana salıb.
Azərbaycan çempionatının I divizionunun XII turu ilə bağlı qərarlar arasında isə tanınmış mütəxəssislərdən olan Nadir Qasımovun cəzalanması diqqət çəkir. “Şuşa” – “Şəmkir” matçının 71-ci dəqiqəsində hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırılan “Şuşa”nın baş məşqçisi 5 oyunluq cəzalanıb, klubu 500 manat cərimə olunub.

0
0