Təbriz Həsənov: Qorxulu heç nə yoxdur
30.11.2010 - 12:40
“Çətin qrupa düşmüşük. Rəqiblərimizin hamısı güclüdür. Hər halda, Belçika, Xorvatiya və Ukrayna futbolunun səviyyəsindən hamı xəbərdardır”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 17 yaşlılardan ibarət yığmasının (U-17) baş məşqçisi Təbriz Həsənov deyib.
Bu gün atılan püşkün nəticəsində millimiz Avropa çempionatının ilk seçmə mərhələsində Belçika, Ukrayna və Xorvatiya ilə eyni qrupa düşüb. Püşkə münasibətini bildirən Həsənov narahatçılığa əsas görmür: “Güclü yığmalarla bir qrupa düşsək də, burda qorxulu heç nə yoxdur. Hələ 1 il vaxtımız var. Seçmə mərhələ oyunları gələn ilin payızında keçiriləcək. Həmin vaxta kimi yaxşı hazırlaşmaq imkanına malikik. Artıq rəqibləri tanıyırıq və buna uyğun hazırlıq planımızı qurub, işləyəcəyik”.
Bir həftə öncə Adil Şükürovun əvəzinə U-17-nin baş məşqçisi postuna keçən 43 yaşlı çalışdırıcı növbəti mərhələyə çıxmağı real baxır: “Şans həmişə var. Sadəcə, yaxşı hazırlaşıb, bundan istifadə etmək lazımdır. Öz komandama inanıram. Seçmə mərhələyə 1 illik hazırlıq dövründə çoxlu yoxlama oyunları, turnirlərdə iştirak etməyə çalışacağıq. Rəqiblərimizə uyğun komandalarla qüvvəmizi sınamağı planlaşdırırıq. İnanıram ki, seçmə mərhələyə yaxşı hazırlaşıb, qarşıda duran vəzifəni yerinə yetirəcəyik”.
Qeyd edək ki, qruplarda ilk iki yeri tutanlar növbəti mərhələyə birbaşa vəsiqə qazanır. 13 qrupda 2 ən yaxşı göstəriciyə malik 3-cü komanda da elit-raunda qatılacaq.
Mehman SÜLEYMANOV

0
0