“Neftçi” ilə “Barselona”nın fərqi
30.11.2010 - 13:05
“Neftçi” ilə “Barselona”nın fərqi
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) XXI əsrin ilk 10 ilində dünyanın ən güclü klublarının reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, 1001 komandanın yer aldığı siyahıda Azərbaycanın 5 təmsilçisi var.

Bunlar “Neftçi”, “Qarabağ”, “Bakı”, “İnter” və “Xəzər Lənkəran”dır. Avropada olduğu kimi, dünyada da ən yaxşı təmsilçimiz olan “Neftçi” 380,5 xalla 589-cu göstəriciyə malikdir. “Qarabağ” 357 xalla 631-ci, “Bakı” 318,5 xalla 733-cü, “İnter” 256,5 xalla 935-ci, “Xəzər Lənkəran” 254,5 xalla 941-ci yerdədir.

Reytinqə “Barselona” (2459 xal) başçılıq edir. Onu 3 İngiltərə təmsilçisi – “Mançester Yunayted” (2436), “Liverpul” (2362) və “Arsenal” (2348) izləyir. İtaliyanın “İnter” (2275) və “Milan” (2237) klubları 5 və 6-cı, “Bavariya” (Almaniya, 2231), “Real” (İspaniya, 2168), “Çelsi” (İngiltərə, 2165) 9-dur. İlk “onluq”da yeganə qeyri-Avropa təmsilçisi 10-cu olan Argentinanın “Boka Xuniors” klubudur (2073).