Vəli Qasımov: Hər şey edəcəyəm
30.11.2010 - 14:45
“İndi zəif komanda yoxdur. Hamı güclüdür deyə, asan sınaq olmur. Bu mənada Avropa çempionatının seçmə mərhələsində bizə çətin olacaq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycanın 19 yaşlılardan ibarət yığma komandasının (U-19) baş məşqçisi Vəli Qasımov deyib.
Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkünün nəticəsinə əsasən, yığmamız İtaliya, Rumıniya və İsveçlə bir qrupa düşüb. Komandamız oktyabrın 6-dan 11-dək İsveçdə seçmə mərhələ oyunlarının iştirakçısı olacaq. Dünən U-19-un baş məşqçi postundan azad olunan almaniyalı həmkarı Bernard Lippertin yerinə təyin edilən Qasımov növbəti mərhələyə çıxacaqlarına inanır: “İsveç və Rumıniya yığmaları güclü olurlar. İtaliya isə həmişə futbol ölkəsi olub. Onların futbol məktəbləri güclü oyunçular yetişdirir. İtaliya futbolçularının, komandalarının yüksək səviyyədə olmaları hamımıza məlumdur. Kənardan baxanda, İtaliya favoritdir. Ancaq bu, futboldur, hər şey ola bilər. İtaliya qrup qalibi olmağa əsas namizəddir. Biz isə 2-ci yer uğrunda, ümumiyyətlə, növbəti mərhələyə çıxmaq uğrunda mübarizə aparacağıq. Məqsədimizə nail olmağa çalışacağıq”.
Mayda əsas yığmamızda baş məşqçi Berti Foqtsun köməkçisi təyin edilən 42 yaşlı veteran hücumçu bu vəzifədən ayrılmayacaq. Yəni, Qasımovun həm millidə, həm də U-19-da fəaliyyətini davam etdirməsi nəzərdə tutulub. Məşqçilik karyerasında ən məsul işdə çalışan gənc mütəxəssis ikisinin öhdəsindən gəlməyə özünü hazır sayır: “Bunda problem yaranmamağı üçün hər şey edəcəyəm. Hazırda U-19-da məşqçi tək mənəm. Köməkçilərim hələ müəyyənləşməyib. Buna 1 həftəyə aydınlıq gələcək. Gələn ayın 13-dən 16-dək millinin Bakıda təlim-məşq toplanışında iştirak edəcəyik. Milli yanvarın sonunda isə Dubaya 14 günlük təlim-məşq toplanışına yollanacaq”.
Mehman SÜLEYMANOV

0
0