“Xəzər Lənkəran”ın futbolçusu darmadağında iştirak etdi
01.12.2010 - 09:59
“Xəzər Lənkəran”ın futbolçusu darmadağında iştirak etdi
“Xəzər Lənkəran” klubunun futbolçusu Cem Fələk Türkiyə yığmasının heyətində meydana çıxıb. Apasport.az saytının məlumatına görə, U-15-nin formasını geyən 14 yaşlı türkiyəli yarımmüdafiəçi hollandiyalı həmyaşıdlarını darmadağın etdikləri yoldaşlıq görüşündə iştirak edib. Türkiyənin Mersin şəhərinin “Koray Aydın” stadionunda keçirilən ilk hazırlıq oyunu meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə nəticələnib. Əsas heyətdə yer alan Cem 10 nömrəli formanı daşıyaraq, oyun qurucusu olub və qələbədə öz töhfəsini verib. Fələkin ikinci hissədə əvəzlənməsi hər hansı problemlə bağlı olmayıb. Sadəcə, bu, yoxlama oyunu olub və məşqçilər sərəncamlarında olan 22 futbolçunun hamısını sınamağı lazım bilib.

Qeyd edək ki, Türkiyə və Hollandiyanın U-15-ləri arasında ikinci yoldaşlıq görüşü sabah Adana şəhərində keçiriləcək.