“Barselona” onu alsa da, əsas söz sahibi Mənsimov olacaq”
01.12.2010 - 10:45
“Oğluma Türkiyənin böyük klublarından olan maraq artır. “Qalatasaray”ın ardınca “Fənərbaxça” və “Beşiktaş” da Cemi heyətində görmək istəyir”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun futbolçusu Cem Fələkin atası Vural Fələk deyib.
Uzun müddətdir yaşadığı Frankfurt şəhərinin “Ayntraxt” klubunun aşağı yaş qruplarında oynayan 14 yaşlı yarımmüdafiəçinin transfer hüquqları “Xəzər Lənkəran”a məxsusdur. Bir ara yığmamızda oynamaq istəyən, ancaq sonradan tarixi ölkəsini seçən Cemə Türkiyə klublarından da maraq var: “Konkret olaraq, “Beşiktaş”ın prezidenti Yıldırım Dəmirörən oğlumla maraqlanıb. O, tanıdığımız bir iş adamından Cem haqda soruşub. Həmin şəxs bunu diqqətimizə çatdırdı. Ancaq bildiyiniz kimi, oğlumun transfer hüquqları ilə bağlı “Xəzər Lənkəran”ın sahibi Mübariz Mənsimovla rəsmi anlaşmamız var. Klubun prezidenti olan qardaşı, Mais Mənsimov Cemi satmaq fikrində olmadıqlarını rəsmən deyib”.
Cemin ən böyük arzusu nəinki İspaniyanın, dünyanın ən nəhəng klublarından olan “Barselona”da oynamaqdır. Ata Fələk bu arzunun gələn il reallaşacağını deyir: “İnşallah, oğlum cari mövsüm bitəndən sonra “Barselona”ya yollanacaq. Kataloniya təmsilçisi yayda onun yolunu gözləyir. Yaxınlarda “Barselona”nın dəvəti ilə orada olduq. Tanışlıq xarakteri daşıyan bu səfərə üç nəfər - mən, oğlum və menecerimizlə yollanmışdıq. İspanlar bizə Cemin qalacağı yer, oxuyacağı məktəblə tanış etdilər. Oğlum indidən ora getməyi ona görə istəmir ki, “Ayntraxt”ı, komanda yoldaşlarını da düşünür. Cem yeni mövsümdə “Barselona”da olsa da, transferi ilə bağlı əsas söz sahibi Mənsimov qalacaq. Katalonlar oğlumun yetişdirməsindən pul qazana bilər”.

0
0