Toni Adams: Belə meydanda baxımlı oyun göstərmək mümkün deyil
04.12.2010 - 19:13
Toni Adams: Belə meydanda baxımlı oyun göstərmək mümkün deyil
“Çox çətin qarşılaşma oldu. Rəqib nizamlı oynadı”. Apasport.az saytının xəbərinə görə, bunu “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərəli mütəxəssis Unibank Premyer Liqasının MOİK-lə oyunu barədə fikirlərini bildirib: “İlk dövrədəki oyunumuz qolsuz heç-heçə ilə başa çatmışdı. Bugünkü qarşılaşma da çətin keçirdi. Lakin ilk qoldan sonra oyunun axarı dəyişdi. Meydança bərbad vəziyyətdə idi. Belə meydanda baxımlı oyun göstərmək mümkün deyil”.

Qeyd edək ki, “Qəbələ” səfərdə MOİK-i darmadağın edib – 3:0.