Rövnəq Abdullayevlə Sadıq Sadıqov mükafatlandırılacaqlar
06.12.2010 - 17:34
AFFA prezidenti Rövnəq Abdullayevlə “Neftçi” klubunun rəhbəri Sadıq Sadıqov Türkiyədən dəvət alıb. Apasport.az saytının məlumatına görə, onlar İstanbulda mükafatlandırılacaqlar.
Dekabrın 20-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimi keçiriləcək. Tədbirdə Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, bu ölkənin futbol federasiyasının prezidenti Mahmud Özgənər, qardaş ölkənin tanınmış futbol mütəxəssisləri – Fatih Terim, Mustafa Dənizli, Ömer Üründür, UEFA-nın vitse-prezidenti Şenes Erzik, Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummenige, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və İdman naziri Nazim Çavuşoğlu, tanınmış futbol adamları – almaniyalı Klaus Topmöller, rumıniyalı Mirça Luçesku, gürcüstanlı Timuri Ketsbaya iştirak edəcəklər.
"I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nə Türkiyə, Yunanıstan, Rumıniya, Almaniya, Gürcüstan və digər ölkələrin klub rəhbərləri, məşqçilər də qatılacaqlar. "Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Abdullayev "Şərəf mükafatı"na layiq görülüb. Agentliyinin web saytında AFFA prezidentinin vəzifəyə gəldiyi gündən bu yana ölkə futbolunun səviyyəsini yüksəltdiyi, xüsusilə Türkiyə-Azərbaycan qardaş ölkə siyasəti çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub. Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Məlumatda bildirilir ki, "Neftçi" klubunun rəhbəri yeni qurulan komandanın Avropada ən çox müzakirə olunan klublarından biri olmasında böyük pay sahibidir.
Mənbə: neftchifc.com

- “Beşiktaş”ın Trabzonspor derbisi üçün heyəti açıqlanıb – Rafa Silva siyahıda yoxdur
- "Çelsi" yeni yarımmüdafiəçi transfer edəcək
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
- "Yuventus" Kenan Yıldıza ildə 6 milyon ödəməyə hazırdır
- Lionel Messinin Hindistan səfəri iğtişaşlarla yadda qalıb
0
0