Çili yığmasının futbolçusu zorlamada şübhəli bilinir
06.12.2010 - 17:48
Çili yığmasının futbolçusu zorlamada şübhəli bilinir
Çili milli komandasının futbolçusu Mark Qonsales zorlamada şübhəli bilinir. Apasport.az saytının məlumatına görə, 22 yaşlı xanım Rusiyanın MOİK klubunun yarımmüdafiəçisinin onu zorlamasından şikayət edib.

Kemerovo vilayətindən Moskvaya gələn zərərçəkən milis bölməsinə müraciət edib. Qızın göstərdiyi ünvana yollanan milis əməkdaşları orada Qonsales və bir neçə gəncin olduğunu aşkarlayıb.

Həkimlər qızın zərərçəkəndə döyülmə izləri aşkarlayıblar. Lakin hələ yalnız ilkin araşdırma aparıldığından heç kim istintaqa cəlb olunmayıb.