AZAL-ın yeni stadionuna ot örtüyü döşənir
06.12.2010 - 18:08
AZAL-ın yeni stadionuna ot örtüyü döşənir
Bakının AZAL klubunun yeni stadionunda aparılan təmir-quraşdırma işləri bu yaxınlarda başa çatacaq. Apasport.az saytının məlumatına görə, “təyyarəçilər”in bu yöndə apardığı işlər artıq yekunlaşmaq üzrədir. Bir neçə günə əsas meydançanın ot örtüyünün döşənməsi prosesi də başa çatmalıdır. Bolqarıstanlı mütəxəssislər tərəfindən döşənilən təbii ot örtüyü Hollandiyadan gətirilib.