“Xəzər Lənkəran”dan ən yaxşı təəssüratlarla ayrılıram”
06.12.2010 - 18:25
“Xəzər Lənkəran”dan gedişimlə bağlı iki dəfə ərizə yazmışdım. Bu, ilk dəfə ay yarım öncə, ikinci dəfə isə noyabrın sonunda oldu. Nəhayət, klub rəhbərliyi bu dəfə gedişimə razılıq verdi”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun təcrübəli həkimi Boris Xetaqurov deyib. Karyerasını futbola həsr edən 70 yaşlı Xetaqurov qarşılıqlı razılığa görə cənub təmsilçisindən ayrıldı. Düzdür, o, bu gün komanda ilə birgə Lənkərana yollansa da, tezliklə düşərgəni tərk edəcək: “Sadəcə, belə razılaşdıq ki, bir az kömək edim. Ancaq bu, çox qısa müddətli olacaq və bu günlərdə birdəfəlik gedəcəyəm. Bu, bir sıra səbəblərlə - səhhətim, yaş, yol yorğunluğu ilə bağlıdır. Hər dəfə Bakıdan Lənkərana gedib-gəlməklə, yollarda qalırdım. Artıq yaş öz sözünü deyir və mənə belə sıx qrafikdə çalışmaq çətindir. Buna görə klub rəhbərliyinə getməyi istədiyimlə bağlı rəsmi müraciət etdim. Bundan sonra bir müddət istirahət etmək istəyirəm”.
Xetaqurov yayda “Xəzər Lənkəran”ın baş məşqçi postuna gətirilən rumıniyalı Mirça Redniklə münasibətlərinin qaydasında olduğunu bildirib: “Mənim nəinki onunla, bütün baş məşqçilərimlə, hamı ilə yaxşı münasibətlərim olub. Bu, hələ “Neftçi”də və yığmamızda belə idi. Mən demək olar “Xəzər Lənkəran” yaranan vaxtdan onun sıralarında olmuşam. Sadəcə, 4-5 ay yığmaya görə kənar qaldım və sonra qayıtdım. “Xəzər Lənkəran”da ən xoş təəssüratlarla ayrılıram. Klubun rəhbərliyi, prezidenti, fəxri prezidenti ilə yaxşı münasibətlərim var. Onlardan çox razıyam. Rəhbərlik mənə yaxşı şərait yaratmışdı. Onlar fikirlərimi, ideyalarımı reallaşdırmağa yardımçı olur, məni tez-tez beynəlxalq konqreslərə göndərirdilər. Lənkəranda yaratdığım müasir aparatlar olan tibbi mərkəzin futbol klublarımız arasında ən böyük olduğunu demək olar”.
Bir müddət öncə 70 illik yubileyini qeyd etmiş təcrübəli həkim futboldan getmək fikrində deyil: “Hələ yenə bu sahədə çalışmaq istəyirəm. Mən elə-belə futbolu atan deyiləm. Kiməsə lazım olaramsa, təklifinə baxa bilərəm. Harada çalışacağımı zaman göstərəcək. İstərdim ki, Bakıda çalışım. “Xəzər Lənkəran”da məni kimin əvəzləyəcəyini deyə bilmərəm. Buna rəhbərlik layiqli namizəd müəyyənləşdirərək, qərar verəcək”.
Mehman SÜLEYMANOV

0
0