FİFA hakimlərinə “istirahət”
06.12.2010 - 18:39
FİFA hakimlərinə “istirahət”
Azərbaycan kubokunun 1/8 final oyunlarını idarə edəcək hakimlərin adları açıqlanıb. Apasport.az saytının məlumatına görə, dekabrın 7-8-də keçiriləcək görüşlərdə FİFA hakimləri istirahət edəcəklər. Onların yoxluğunda daha prinsipial xarakter daşıyan “Gəncə” – “Neftçi” qarşılaşması Əfqan Həmzəyevə tapşırılıb. İki beynəlxalq dərəcəli hakim Anar Salmanov və Fariz Yusifovun ümumiyyətlə təyinat almadığı kubok görüşlərində Vüsal Əliyev ehtiyat hakim kimi iş başında olacaq.

07 dekabr (çərşənbə axşamı)

13:00. "Qarabağ" - "Turan"
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu

08 dekabr (çərşənbə)

13:00. "Gəncə" - "Neftçi"
Hakimlər: Əfqan Həmzəyev, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə şəhər stadionu

13:00. "Qəbələ" - "Neftçi" İSM
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Aydın Ələkbərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ şəhər stadionu

13:00. "Simurq" - "Abşeron"
Hakimlər: Rasim Məmmədov, Qəzənfər Məmmədov, Samir Hacıyev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala şəhər stadionu

13:00. "Şuşa" - "İnter"
Hakimlər: Elvin Əsgərov, Rasim Əhmədov, Hüseyn İmanov, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
"Ədliyyə" stadionu

13:00. "Rəvan" - AZAL
Hakimlər: Ceyhun Haşımov, İsgəndər Əliyev, Elman Kərimov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
"Şəfa" stadionu, 4-cü meydança

14:00. "Bakı" - "Muğan"
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Rahil Ramazanov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Tofiq Bəhramov adına Respublika stadionu

15:00. "Xəzər Lənkəran" - MKT "Araz"
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Zeynal Zeynalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran şəhər mərkəzi stadionu

Mənbə: pfl.az