Olimpiya çempionundan “Neftçi”yə dəstək
06.12.2010 - 23:42
“Son vaxtlar bəzi mətbu orqanlarda yazılanları və idman saytlarını izləyən zaman "Neftçi" komandasının əleyhinə yönəlmiş ədalətsiz yazıları oxuduqca sarsılıram. Bu qərəzli cızma-qaralardan açıq-aydın görünür ki, bəzi dırnaqarası yazarlar "Neftçi"nin uğurlarını həzm edə bilmirlər”. Apasport.az saytının xəbərinə görə, bunu Olimpiya çempionu Fərid Mansurov deyib.
Yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi olan Mansurov “ağ-qaralar”ın müdafiəsinə qalxıb: “Sadıq Sadıqovun komandaya prezident təyin olunmasından sonra göstərilən sistemli oyun, ardıcıl qələbələr, xüsusən komandanın zövqoxşayan hücum futbolu nümayiş etdirməsi "Neftçi" İdman-Sağlamlıq Mərkəzinin idmançılarını hədsiz dərəcədə sevindirir. "Neftçi" İSM üzvlərinin bütün uğurları Sadıq Sadıqovun yüksək idarəçilik bacarığı sayəsində mümkün olub. Sadıq müəllim idmançılara çox gözəl münasibət göstərir, onların hər bir qayğısı ilə maraqlanır, problemlərini həll edir. Görünür, "Neftçi" İSM və "Neftçi" PFK-dakı bu dinamik inkişaf bizləri sevindirdiyi kimi, bəzi bədxahların da açıq hiddətinə səbəb olub. Üzümü futbolçulara tutub demək istəyirəm ki, belə bədniyyət insanların qərəzli və populist çıxışlarına əhəmiyyət verməsinlər, ruhdan düşməsinlər. Əksinə, həmişəkindən də gözəl oyun nümayiş etdirərək, ardıcıl qələbələr qazansınlar və öz uğurları ilə bu bədxahların çirkin arzularını ürəklərində qoysunlar. Həmin KİV nümayəndələrinə xatırlatmaq istəyirəm ki, Azərbaycan futbolunun indiki inkişaf dövründə futbolumuza əngəl olmaqdansa, ona kömək etmək daha yaxşı olardı”.

0
0