“Real” rekord vurdu
09.12.2010 - 10:42
“Real” rekord vurdu
Madrid “Real”ı Çempionlar Liqasının (ÇL) rekordunu müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, “Kral klubu” nüfuzlu turnirin əsas mərhələsində 300 qol vuran ilk klub olub.

İspanlar son turda Madriddə Fransa “Oser”inə 4:0 hesabı ilə qalib gəlməklə, rekord vurub. Franssız legioner Kərim Benzema həmin matçda het-trik etməklə, həmyerlilərini cəzalandırdı.

Slovakiyanın “Jilina” klubu isə ÇL-nin antirekordunu təkrarlayıb. Bu, qol buraxmaqla bağlıdır. Slovakiyalılar qrupda 6 oyuna 19 qol buraxmaqla, turnirin pis göstəricisini yeniləyib. Əvvəllər Kiyev “Dinamo”su (2007/08), iki dəfə isə Macarıstan təmsilçiləri – “Ferentsvaroş” (1995/96) və “Debretsen” (20091/10) bu qədər top buraxıb.