Klublar ölkə çempionatında oynamaqdan imtina etdi
09.12.2010 - 10:56
Klublar ölkə çempionatında oynamaqdan imtina etdi
Qana futbol klubları daxili yarışlarda oynamaqdan imtina edib. Apasport.az saytının məlumatına görə, Qana Liqalarının Klublarının Assosiasiyası (GHALCA) quruma üzv olan komandaların ölkədə təşkil edilən yarışlarda oynamamasını qərara alıb.

Buna futbol assosiasiyasına edilən polis reydi səbəb olub. Çağırılmamış qonaqlar sponsor müqavilələrini yoxlamaq məqsədilə qurumun kompüterlərini müsadirə ediblər. Qurum rəhbərliyi də belə vəziyyətdə liqaların fəaliyyət göstərməsini mümkünsüz sayıb.