Yoahim Löv 2010-cu ilin ən yaxşı məşqçisi seçildi
10.12.2010 - 14:54
Almaniya yığmasının baş məşqçisi Yoahim Löv bu ilin ən yaxşısı seçilib. Apasport.az saytının məlumatına görə, 49 yaşlı almaniyalı mütəxəssis Fransanın məşhur “Ekip” qəzetinin keçirdiyi sorğuya əsasən birinci olub.
Bundestimi son dünya çempionatının bürünc medalçısı edən Löv səsvermənin son mərhələsində Fransanın həndbol yığmasının çalışdırıcısı Klod Onesta və “Real”ın baş məşqçisi Joze Mourinyonu qabaqlayıb.
Qeyd edək ki, Löv FİFA-nın ilin ən yaxşı məşqçisi ilə bağlı sorğusunda əsas favoritlərdəndir. Berti Foqts yığmamızın baş məşqçi postunda 3 dəfə yenildiyi həmyerlisini sorğuda 1-ci göstərib.

0
0