AFFA apasport.az-ın təklifini dəstəklədi, bəs FİFA?
10.12.2010 - 16:15
“AFFA 17 yaşadək qızlar arasında ölkəmizdə keçiriləcək dünya çempionatının talismanı ilə bağlı təklifini dekabrın sonunadək FİFA-ya göndərməlidir”. Bu sözləri apasport.az saytına açıqlamasında AFFA-nın baş katibi Elxan Məmmədov deyib.
2012-ci ildə Azərbaycanda təşkil olunacaq dünya çempionatının final mərhələsinin talismanı ilə bağlı artıq seçim başlayıb. AFFA bu mötəbər turnirin rəmzinin hazırlanması ilə bağlı ictimai rəyi öyrənir. Assosiasiya bu məqsədlə azarkeşlərin fikir və təkliflərini öyrənmək istəyindədir.
Artıq apasport.az saytı AFFA-ya talismanla bağlı öz təklifini edib. Fikrimizcə, sevimli nağıl qəhrəmanı Tıq-tıq xanım ən ideal variantdır. Baş katibi də bizim seçimi dəstəkləyib: “Onu qeyd edim ki, Tıq-tıq xanım siyahımızda var, özü də ilk sıralardadır. Biz də aparılan müzakirələr zamanı bu variant üzərində dayanmışdıq. Dünya və Avropa çempionatlarının ənənəvi talismanları olur. Məqsədimiz odur ki, seçimdə bütün futbol ictimaiyyəti iştirak etsin. Saytınızda çıxan yazı bir daha onu göstərir ki, futbol ictimaiyyəti Tıq-tıq xanımı talisman kimi görmək istəyir. Özü də talismanı, ümumiyyətlə seçiləcək obrazı bütün ictimaiyyət, uşaqdan böyüyə kimi hamı tanımalıdır”.
Məmmədov bildirib ki, talismanın bütün dünyada tanınması vacib şərtdir: “Namizədlər arasında digər nağıl qəhrəmanımız Cırtdan da var. Son qərarı siyahını təqdim edəcəyimiz FİFA verəcək. Ancaq bizim tövsiyələrimiz də mütləq nəzərə alınacaq”.
Mehman SÜLEYMANOV

0
0