Mahir Şükürov üçün xüsusi mükafat
10.12.2010 - 16:31
AFFA Azərbaycan yığmasının vitse-kapitanı Mahir Şükürovu mükafatlandıracaq. Apasport.az saytının məlumatına görə, Rusiyanın “Anji” klubunun 28 yaşlı futbolçusunun 2010-cu ildə milli komandada ən çox oyun keçirilməsi qiymətləndiriləcək.
AFFA-nın ilin yekunları ilə bağlı keçirəcəyi tədbirdə müxtəlif yığmaların ən yaxşı futbolçuları seçiləcək. Mahir ən çox oyun keçirən futbolçu kimi mükafatını alacaq.
Düzdür, millimizin digər futbolçuları Elnur Allahverdiyev, Rəşad Sadıqov, Kamran Ağayev, Rauf Əliyev də Şükürov kimi 9 görüşdə meydana çıxıb. Ancaq Mahir bütün oyunları əvəzedilmədən keçirməklə, (810 dəqiqə) komanda yoldaşlarından üstündür.

0
0